COVID-ə yoluxan hər üç nəfərdən biri niyə ÖLÜR?

Hazırda oxunan: COVID-ə yoluxan hər üç nəfərdən biri niyə ÖLÜR?

166688

Xəbər verdiyimiz kimi Azərbaycanda son 1 həftə ərzində (20.11-26.11.2023) koronavirus (COVID-19) infeksiyasına 17 nəfər yoluxub, COVID-19-a yoluxan 14 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 5 nəfər ölüb.

Yoluxmanın azaldığı bir vaxtda ölüm sayının kəskin artması xeyli sual doğurur. Belə ki, COVID-19-a yoluxan hər 3 nəfərdən biri həyatını itirib. 

Axı, pandemiyanın ən pik vaxtında ölüm faizi bu qədər yüksək deyildi?

Məsələyə tibb elmləri doktoru Adil Qeybulla aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, burda təəccüblü bir şey yoxdur:

“Karantin dövründə qeydiyyat kütləvi aparılırdı. Özündən şübhələnən ixtiyari şəxs qeydiyyata düşürdü. Düzdü o zaman da müəyyən adamlar qeydiyyata düşmürdü. Amma əksəriyyət qeydiyyata düşürdü. 

Amma indi qeydiyyata düşən çox azdır. 

Çox adam bu xəstəliyi ayaq üstə və yüngül formada keçirir. Ona görə də heç bir yerə müraciət eləmir. Yalnız vəziyyəti ağırlaşanlar qeydiyyata düşür. Nəticədə, müraciət edənlərin bir qismi dünyasını dəyişib. Yəni Operativ Qərargahın yaydığı məlumat ümumi statistikanı əks etdirmir. Ümumi yoluxmanı nəzərə alsaq, onda 5 ölüm hadisəsinin çox aşağı rəqəm olduğunu görərik”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO