COVID-19-a yoluxanların sayı artdıqca donorlara da ehtiyac yaranır

COVID-19-a yoluxanların sayı artdıqca donorlara da ehtiyac yaranır

Hazırda oxunan: COVID-19-a yoluxanların sayı artdıqca donorlara da ehtiyac yaranır

1561

Koronavirus infeksiyasının müalicə üsullarından biri də immun (konvalesent) plazma köçürülməsidir.

İmmun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalmış xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının digər xəstələrdə istifadəsi ilə həyata keçirilən müalicə metodudur.

Lakin bütün koronaviruslu xəstələrin immun plazması köçürülərək sağala biləcəyini demək mümkün deyil. Bu üsulun hansı xəstə üçün effektiv ola biləcəyini həkim təyin edir.

Mərkəzi Qan Bankından Bizim.Media-ya bildirilir ki, donorluq könüllülük prinsipi əsasında həyata keçirilir. Koronavirusdan sağalmış insandan plazma alınmadan öncə müayinə aparılır, yararlı olduğu halda onlardan immum plazma götürülür.

Qeyd edilir ki, bu günə kimi 82 nəfər donordan immun plazma toplanıb. Toplanan plazmalar 199 xəstənin müalicəsində istifadə edilib.

Mərkəzi Qan Bankı COVID-19 -dan sağalan xəstələri donor olub həyat qurtarmağa çağırır.

Yaralı əsgərlərlə bağlı isə mərkəzdən bildirilir ki, hazırda qan ehtiyatları kifayət qədərdir və ehtiyac yarandığı halda tibb müəssisələri qanla təmin ediləcək.

Könüllü şəkildə qan donoru olmaq istəyən vətəndaşlar Mərkəzi Qan Bankının Bakı şəhərində və bölgələrdə yerləşən bölmələrinə zəng edə və ya gələrək ad, soyad, qan qrupu və telefon nömrələri haqqında məlumat verərək qeydiyyatdan keçə bilərlər.

Ehtiyac yarandığı təqdirdə həmin məlumatlar vasitəsilə vətəndaşlarla əlaqə yaradılıb qan banklarına dəvət ediləcəklər.

Mərkəzi Qan Bankı ilə əlaqə telefonları:

 907

 012 440 65 86

 012 440 78 50

 012 441 66 52

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO