Avropada komendant saatı geri qayıdır

Avropada komendant saatı geri qayıdır

Hazırda oxunan: Avropada komendant saatı geri qayıdır

1547

Avropada koronavirusun ikinci dalğası  komendant saatının tətbiqini gündəmə gətirib.

Bizim.Media BBC-yə  istinadən xəbər verir ki, COVİD-19 ölümlərində kəskin artım ilə qarşılaşan Avropanın iki güclü ölkəsi komendant rejiminə geri dönür.

Cümə günündən etibarən Fransa sakinləri evlərini yalnız iş və ya sağlamlıq problemləri səbəbi ilə tərk edə biləcəklər.

Prezident Emmanuel Macron virusun ikinci dalğasının birincidən daha güclü olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Fransada Covid-19-la bağlı gündəlik  ölümlərin sayı  aprel ayından bəri ən yüksək səviyyəyə çatıb. Çərşənbə günü ölkədə 36.437 yeni yoluxma faktı qeydə alınıb.  244 nəfər ölüb.

Almaniya  Fransa qədər geniş olmasa da karantin tədbirlərini tətbiq edir.

Kansler Angela Merkel bazar ertəsindən restoranların, barların, idman salonlarının və teatrların bir aylıq bağlanacağını açıqlayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO