Azərbaycan və Litva səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək - FOTO

Azərbaycan və Litva səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək - FOTO

Hazırda oxunan: Azərbaycan və Litva səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək - FOTO

138974

Səhiyyə naziri Teymur Musayev Litvanın Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sığorta Fondunun Baş direktoru Qintaras Katsaviçusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib. 

T.Musayev iki ölkə arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurlu əməkdaşlığını diqqətə çatdırıb. 

O bildirib ki, əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sosial layihə olan icbari tibbi sığortanın 2021-ci ildən etibarən respublikamızda tam tətbiq olunur. 

T.Musayev Səhiyyə Nazirliyinin bu prosesə dəstək olduğunu qeyd edib. İcbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur. 

Bildirilib ki, bütün islahatların əsasında səhiyyə sisteminin rəqəmsallaşdırılması dayanıb və icbari tibbi sığortanın tətbiqi bu sistemin bir hissəsidir. Bununla yanaşı, qabaqcıl tibbi texnologiyaların səhiyyə sisteminə gətirilməsi və tibbi xidmətlərə vətəndaşın əlçatanlığını, habelə bu sahədə sosialyönümlüyünün təmin edilməsi önəmli məsələlərdir. Bu istiqamətlərdə ölkədə lazımi addımlar atılır. 
Litva Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sığorta Fondunun Baş direktoru Qintaras Katsaviçus Azərbaycanın səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. 

O, həmçinin Litvanın sığorta sisteminin tətbiqi ilə bağlı əldə edilən təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib. 

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO