Türkiyədə zəlzələnin yaratdığı stress və narahatlıq sağlam insanlarda ürəklə bağlı şikayətləri artırıb, dərmanla izlənilən ürək xəstələrində isə əməliyyatları məcburi hala gətirib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlamanı ölkənin Bezmialəm Vəqf Universiteti Tibb Fakültəsi Ürək Damar Cərrahiyyəsi kafedrasının müdiri Prof. Dr. Cengiz Köksal verib.
Məlumatda qeyd olunub ki, böyük fəlakətdən bir aydan çox vaxt ötür, lakin travma və narahatlığın yaratdığı mənfi təsirlər yeni-yeni ortaya çıxmağa başlayıb.
Belə ki, mütəxəssislər stressə bağlı ürək problemlərinin artdığına diqqət çəkərək, xüsusilə daha əvvəl təqibi olan ürək xəstələrin bunun stresslə əlaqəli olduğunu düşünərək, ürək döyüntüsü və yüksək təzyiq kimi əlamətlərini gözardı etməmələrinin vacib olduğunu bildirib.
Köksal zəlzələnin baş verdiyi bölgələrdə də infarkt hadisələrinin artdığını vurğulayıb. O qeyd edib ki, televiziya və ya sosial mediada zəlzələ olacağı ilə bağlı öncəgörənlik edənlər də insanlarda stressi artırır və bu da ürək şikayətlərini tətikləyir.
Professor bildirib ki, qayğı və narahatlıq ürək və insult riskini 6 dəfə artırır:
“Xüsusilə vurğulayıram ki, uzunmüddətli narahatlıq və qayğı infarkt və insult riskini 6 dəfə artırır. Xahiş edirəm insanlara qarşıdan gələn zəlzələlər və mümkün fəlakətlər barədə xəbərdarlıq etməyi dayandırın. Bununla bağlı verilən proqnozlar insanlarda təşviş yaratmağa davam edir.
Əslində, bu böyük fəlakətdən sonra bütün əhali qrupumuz gənc və yaşlı, təəssüf ki, ürək xəstəliyi riski altındadır. Çünki narahatlıq nəticəsində ifraz olunan hormonlar ürək döyüntüsünü artırır, ən əsası isə təzyiqi artırır.
Gənc yaşlarda nəzarət olunmayan yüksək təzyiq infarkt riski ilə yanaşı, əsas (aorta) damarın yırtılması riskini də daşıyır. Xüsusilə gənclər bu narahatlıqla yaşamağa davam etdikcə infarkt və yüksək təzyiqlə əsas damarda yırtılma riski yüksəlir”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
COP29
17:45 / 14.03.2023
Türkiyədə zəlzələdən sonra infarkt riski 6 DƏFƏ ARTIB – Media da SUÇ ORTAĞIDIR
Hazırda oxunan: Türkiyədə zəlzələdən sonra infarkt riski 6 DƏFƏ ARTIB – Media da SUÇ ORTAĞIDIR
Hazırda oxunan: Türkiyədə zəlzələdən sonra infarkt riski 6 DƏFƏ ARTIB – Media da SUÇ ORTAĞIDIR
125500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.