Qonşu ölkələrdə QIZILCA XƏSTƏLİYİ sürətlə yayılır – Azərbaycanda vəziyyət necədir?

Qonşu ölkələrdə QIZILCA XƏSTƏLİYİ sürətlə yayılır – Azərbaycanda vəziyyət necədir?

Hazırda oxunan: Qonşu ölkələrdə QIZILCA XƏSTƏLİYİ sürətlə yayılır – Azərbaycanda vəziyyət necədir?

124788

Qonşu dövlətlərdə, xüsusən də Ermənistanda qızılcaya yoluxanların sayı günbəgün artır. Yerli KİV-lərə açıqlama verən Ermənistan Səhiyyə Nazirliyi bir gündə qızılcaya yoluxanların sayının 50 nəfərə yaxınlaşdığını bildirib. 

Qızılca xəstəliyinin Gürcüstanda, İranda və qonşu Dağıstanda da qeyd alındığı deyilir. Təəcüblü məqam odur ki, COVİD-19-dan sonra qızılcaya yoluxma məhz 3 il sonra, indiyə təsadüf edir və fəsadları əvvəlki yoluxmalardan daha ağır nəzərə çarpır. 

Azərbaycanda da araösıra bu xəstəliyə yoluxanlara rast gəlinir. Amam o qədər də şiddətli hal aldığı görünmür.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda artıq qızılca xəstəliyi yoxdur - AÇIQLAMA 


Ölkəmizdə qızılca xəstəliyinin yayılma risqi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən Bizim.Media-ya bildirildi ki, bu sahədə ölkədə epidemoloji vəziyyət stabildir:

“Azərbaycanda 2019-cu ilin iyul ayından bu yana qızılca xəstəliyinin endemik yayılması müşahidə olunmayıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO