Dünyada koronavirusdan ölənlərin sayı artıb - STATİSTİKA

Dünyada koronavirusdan ölənlərin sayı artıb - STATİSTİKA

Hazırda oxunan: Dünyada koronavirusdan ölənlərin sayı artıb - STATİSTİKA

117991

Yanvarın 2-dən 29-dək olan müddətdə təqribən 20 milyon insan koronavirusa yoluxub, 114 mindən çoxu bu xəstəliyin qurbanına çevrilib. Ölüm hallarının sayı əvvəlki 28 gün ilə müqayisədə 65 faiz artıb, yoluxmaların sayında isə 78 faiz azalma müşahidə olunub.

Bizim.Media bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir.

ÜST-nin bülleteninə müvafiq olaraq, dörd həftə ərzində 19 955 978 yoluxma, 114 372 ölüm halı qeydə alınıb.

28 gün ərzində ən çox yoluxma Çində aşkarlanıb - 11 354 058. Bu göstərici üzrə siyahıda sonrakı yerləri Yaponiya (3 207 097), ABŞ (1 513 538), Koreya Respublikası (1 032 801) və Braziliya (459 986) tutur.

Yanvarın 2-dən 29-dək olan dövrdə koronavirus nəticəsində ölənlərin sayı ən çox Çində (62 759) qeydə alınıb. Sonrakı yerlərdə ABŞ (14 625), Yaponiya (10 122), Böyük Britaniya (3 137) və Braziliyadır (2 889).
Fevralın 1-nə olan vəziyyətə görə pandemiya başlanandan bəri ÜST-yə yoluxma barədə 753 651 712, ölüm halları barədə isə 6 813 845 məlumat daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO