İranda mutasiyaya uğramış yeni növ koronavirus səbəbindən ilk ölüm qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya ilə İran birgə peyvənd istehsal edəcək
Məlumata görə, mutasiyaya uğramış yeni növ koronavirus səbəbi ilə 48 yaşlı bir kişi həyatını itirib.
Bildirilir ki, həmin şəxs Qəzvinin Abyek şəhərinin sakini olub və yeni növ virusa yoluxduqdan 72 saat sonra ölüb.
Bu ailənin digər üzvlərinin korona testi də müsbət olub, lakin onlarda hələlik yoluxmanın ciddi simptomları görünmür.
İran səhiyyə rəsmilərinin sözlərinə görə, bu, ölkədə yeni növ koronavirusdan ilk ölüm hadisəsidir.
Bizim.Media