Azərbaycanda artıq qızılca xəstəliyi yoxdur - AÇIQLAMA 

Azərbaycanda artıq qızılca xəstəliyi yoxdur - AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda artıq qızılca xəstəliyi yoxdur - AÇIQLAMA 

115210

“Hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün 11 infeksiyaya qarşı peyvənd aparılır”.

Məlumatı Bizim.Media-nın sorğusuna cavab olaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verib.

Məlumatda bildirilib ki, peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır:
“Digər yaş qruplarında qızılca xəstəliyinə qarşı peyvəndlər epidemioloji göstəriş əsasında və ya hər-hansı səbəbə görə peyvənddən kənarda qalan uşaqlar arasında aparılır. Epidemioloji göstəriş əsasında peyvəndlər 2019-cu ildə baş verən qızılca xəstəliyinin alovlanması zamanı məktəblilər və miqrasiya edən böyük yaşlı əhali arasında QM vaksini ilə (qızılca-məxmərək əleyhinə) aparılıb”.

Mərkəzdən o da bildirilib ki, ölkə üzrə uşaqlar arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma hər il 95-96% təşkil edir:

“Yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bir çox xəstəliklər, o cümlədən qızılca xəstəliyi eliminasiya olunub. 2019-cü ilin iyul ayından başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini məktəb yaşlı uşaqları qızılca əleyhinə peyvəndləməyə çağırıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO