Dünyada koronavirusa yoluxanların sayı 650 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 650 milyonu ötdü

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 650 milyonu ötdü

111021

Dünyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı 650 milyonu ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Dekabrın 21-nə olan vəziyyətə görə ÜST-yə pandemiya başlanandan bəri bu xəstəliyə 650.332.899 nəfərin yoluxması və COVID-19 səbəbindən 6.649.874 nəfərin ölməsi barədə məlumat daxil olub.
Son sutka ərzində yoluxanların sayı 354.408-ə, ölənlərin sayı isə 895-ə çatıb.

Təşkilatın yoluxanlar və ölənlər barədə statistikası yalnız dövlətlər tərəfindən təqdim olunan rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.

ÜST-yə daxil olan məlumatlara əsasən, ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb – 98.525.870 nəfər. Sonrakı yerləri Hindistan (44.676.330), Fransa (37.886.070), Almaniya (37.088.426) və Braziliya (35.945.063) tutur.

Ölüm hallarının sayında da ABŞ irəlidədir (1.077.129). Bu siyahıda ikinci yeri Braziliya (692.041), üçüncü yeri Hindistan (530.680) tutur. Sonrakı yerlərdə Rusiya (393.166) və Meksikadır (330.805).
İndiyədək Azərbaycanda koronavirus infeksiyasına 825.656 yoluxma faktı qeydə alınıb, bu xəstəlik nəticəsində ölənlərin sayı 9.999 nəfərdir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO