Son sutkada daha 11 nəfər COVID-19-a yoluxub

Son sutkada daha 11 nəfər COVID-19-a yoluxub

Hazırda oxunan: Son sutkada daha 11 nəfər COVID-19-a yoluxub

110459

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. 

Azərbaycanda indiyədək ümumilikdə 825 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 879 nəfər müalicə olunaraq sağalıb, 9 993 nəfər vəfat edib, aktiv xəstə sayı 548 nəfərdir.
Ölkədə son sutka ərzində 622, hazırkı dövrədək isə 7 407 971 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO