Azərbaycanda meyitdən orqan nəqlində hansı problemlər var?

Azərbaycanda meyitdən orqan nəqlində hansı problemlər var?

Hazırda oxunan: Azərbaycanda meyitdən orqan nəqlində hansı problemlər var?

101247

Hesablama Palatası Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən meyit donordan orqan köçürülməsinin təmin edilə bilməməsinin səbəblərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycanda həyata keçirilən fəaliyyətin auditinin nəticələrində əksini tapıb. 

Səhiyyə Nazirliyinə təklif olunub ki, meyit donordan orqan köçürülməsinə dair müvafiq normativ hüquqi bazanın yaradılması prosesinin tamamlanması istiqamətində müvafiq addımlar atsın. 

Eyni zamanda Səhiyyə Nazirliyinə aşağıdakı təkliflər də verilib: 

- Nefrologiya ixtisası üzrə rezidentura təhsilini bitirən mütəxəssislərin təyinatları zamanı hemodializ şöbələrindəki kadr çatışmazlığı nəzərə alınmasını, hemodializ şöbələrində illərlə davam edən kəskin kadr çatışmazlığını nəzərə alaraq nefrologiya ixtisası üzrə rezidentura təhsilinə qəbul yerlərinin sayının optimallaşdırılması; 

- xroniki böyrək xəstələrinin sayının ilbəil artmasını nəzərə alaraq bu xəstəliyə dair dövlət strategiyasını özündə əks etdirən rəsmi sənədin işlənib hazırlanması və təsdiqi istiqamətində addımların atılması; 

- meyit donordan orqan köçürülməsinə dair müvafiq normativ hüquqi bazanın yaradılması prosesinin tamamlanması istiqamətində müvafiq addımların atılmasını; 

- səhiyyə sahəsində digər proqramlar, xüsusilə xroniki böyrək çatışmazlığının əsas səbəblərindən biri olan şəkərli diabet xəstəliyi üzrə tədbirlər çərçivəsində, habelə orta təhsil müəssisələrində xroniki böyrək xəstəliyinin profilaktikası ilə əlaqəli tədbirlərin nəzərdə tutulmasının təmin edilməsi; 
- xəstələrin böyrəkköçürmə növbəsinə yazılma qaydalarının qəbul edilməsini, bu prosesin elektronlaşdırılmasını və nəzarət mexanizmlərinin qurulmasını, xəstələrin növbədəki yerinin müəyyənləşdirilməsi üçün beynəlxalq praktikada istifadə edilən qiymətləndirmə metodlarının tətbiq edilməsi; 

- uşaqlarda böyrəkköçürmə əməliyyatlarının prioritetliliyinin müəyyən edilməsini və bu əməliyyatların sayının artırılması yönündə müvafiq addımların atılması. 

Qeyd edək ki, audit 01.01.2016-cı il tarixindən 31.12.2021-ci il tarixinədək olan dövrü əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO