Koronavirusa gündəlik yoluxma STATİSTİKASI – Ölənlər var 

Koronavirusa gündəlik yoluxma STATİSTİKASI – Ölənlər var 

Hazırda oxunan: Koronavirusa gündəlik yoluxma STATİSTİKASI – Ölənlər var 

100640

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, nəticələri müsbət çıxan iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 822 908 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 601 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var.

Bu günə qədər 9 937 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 540, bu günə qədər isə ümumilikdə 7 303 826 test icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO