"ABŞ-ın Ukraynada münaqişəyə birbaşa qoşulma riskləri artır" - Rusiya səfiri 

Hazırda oxunan: "ABŞ-ın Ukraynada münaqişəyə birbaşa qoşulma riskləri artır" - Rusiya səfiri 

97694

“Ukraynanın şərqində 23-27 sentyabr tarixlərində keçirilmiş “referendum” nəticəsində Rusiya Federasiyasının tərkibinə daxil olunmuş yeni ərazilər, eyni zamanda, Krım rəsmi Moskva tərəfindən müdafiə olunacaq”.

Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Rusiyanın “Birinci kanal”ının efirində deyib.

“Rusiyalı diplomatlar amerikalı həmkarlarının nəzərinə çatdırmağa çalışır ki, sözügedən ərazilər Rusiyanın ayrılmaz hissəsidir və bu ərazilər ABŞ-ın Ukraynaya verdiyi silahla vurulur.Bizim ərazilərimizə zərbə endirmək qətiyyən yolverilməzdir. Ukraynalılar bizim ərazilərimizi Amerika silahları ilə vurur”, - Antonov əlavə edib.
O vurğulayıb ki, ABŞ-ın Ukraynadakı münaqişəyə birbaşa qoşulma riskləri artır. Rusiya ilə gərgin münasibətlər səbəbindən Antonov ABŞ-ı dost ölkə adlandırmayıb:

“Deyə bilmərəm ki, ABŞ dost ölkədir. Onları bəlkə də həmkar adlandırmaq olar, lakin həmsöhbət adlandırmaq daha uyğundur”.

Qeyd edək ki, ABŞ mediasında rəsmi Vaşinqtonun Ukrayna hərbçilərinə Krım və Rusiyanın birləşdirdiyi 4 vilayətə hərbi zərbələr endirmək üçün icazə verməsi ilə bağlı xəbərlər yayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO