Ermənistanın tanınmış teleaparıcısı Lika Tumanyan Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla eyni yerdə olmamaq üçün İrəvan şəhərində Aram Xaçaturyan adına konsert zalını tərk edib.
Bizim.Media “Yerevan.Today”ə istinadən xəbər verir ki, bu addımının səbəblərindən danışan teleaparıcı bildirib ki, “onunla birgə nəfəs almağı şərtləndirən heç bir səbəb yoxdur.
MÖVZU İLƏ BAĞLI:
“Paşiniyanın arvadı Rusiya vətəndaşlığı alıb” – S.Baqdasaryan - VİDEO
Akopyanla eyni yerdə olmaq məcburiyyətində deyiləm.
Hamıya məlumdur ki, klassik musiqi insanları yaxınlaşdırır, qovuşdurur.
Lakin hətta bu musiqi də məni baş nazirin həyat yoldaşı Anna Akopyanla eyni havanı udmağa məcbur edə bilməz”,- deyə Tumanyan fikrini yekunlaşdırıb.
Bizim.Media