“Ermənistan artıq Qarabağ məsələsində söz sahibi deyil” - Levon Ter-Petrosyan 

“Ermənistan artıq Qarabağ məsələsində söz sahibi deyil” - Levon Ter-Petrosyan 

Hazırda oxunan: “Ermənistan artıq Qarabağ məsələsində söz sahibi deyil” - Levon Ter-Petrosyan 

96661

“Rusiya-Ukrayna müharibəsi olmasaydı, Rusiya ilə daha normal, konstruktiv münasibətlər olardı, indi hər şey qarışıb”.  

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyanın efirində bildirib. 

“Bizim üçün daha təhlükəli vəziyyət yaradılıb. Burada Rusiyanın rolu var. Əgər proses 30 il ərzində dondurulubsa, əsas faktor Rusiya olub. O vaxt “Artsax” məsələsinin həllinin açarı Rusiya Federasiyasının əlində idi. Lakin indi Moskvada vəziyyət o qədər ağırdır ki, onlar bu açarı itiriblər" – deyə Petrosyan qeyd edib. 
“Bağışlayın, mən insanları ruhdan salmaq istəmirəm, amma Ermənistan “Artsax” məsələsində artıq söz sahibi deyil, Ermənistan yoxdur, “Artsax”da aktyor deyil” – deyə Petrosyan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO