"Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır" - Levon Ter-Petrosyan 

Hazırda oxunan: "Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır" - Levon Ter-Petrosyan 

96648

“Bütün həllər pis olacaq, ən az ağrılı olanı seçməlisiniz”.  

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziya efirində Petros Qazaryana müsahibəsi zamanı deyib: 

“71 il Ermənistanın dinc yaşamaq imkanı var idi, biz dövlət yaratdıq, öz dövlətini quran xalq olduq, sovet Ermənistanı olmasaydı, üçüncü respublika da qurulmazdı. Bizi çətin və ağrılı həllər gözləyir. Həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalanacaq. Bu, heç kimi qane etməyəcək. Əgər sənəd imzalanmasa, iki qonşu ilə sülh bağlanmasa, biz 70 ilin reallığını bərpa edə bilmərik, ölkəni daş-daş tikməliyik, ölkəni qurmalıyıq”. 

Ter-Petrosyanın sözlərinə görə, yalnız Nikol Paşinyan və partiya rəhbərliyində məlumat var. 

“Nikol və bir-iki nəfər bilir ki, Rusiya və Türkiyə nə təklif edir, ABŞ nə məsləhət görür. Məndə, Köçəryanda, Sarkisyanda o məlumat yoxdur. Mənim təklifimin əsas mənası odur ki, müxalifətin əksəriyyəti düşünür ki, Nikoldan qurtula bilsələr, o zaman ağrılı həll yollarından qaça bilərik, bu sadəlövhlükdür. Kim gəlsə, eyni, bəlkə ondan da betər sənədə imza atacaq. Bütün həll yolları pis olacaq, ən az ağrılı olanı seçmək lazımdır”, - deyə birinci prezident bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO