Dağıstan müftisinin xanımı Putindən xahiş etdi: “Respublikada səfərbərlik keçirilməsin”

Dağıstan müftisinin xanımı Putindən xahiş etdi: “Respublikada səfərbərlik keçirilməsin”

Hazırda oxunan: Dağıstan müftisinin xanımı Putindən xahiş etdi: “Respublikada səfərbərlik keçirilməsin”

96506

Dağıstan müftisinin həyat yoldaşı və müşaviri Ayna Qamzatova Rusiya prezidenti Vladimir Putinə müraciət edərək respublikada səfərbərliyin dayandırılmasını xahiş edib. O, bunu artıq cəbhədə olan dağıstanlıların çoxluğu ilə izah edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

“Üç milyonluq dağıstanlının üç mindən çoxunun artıq ön cəbhəyə getdiyini, onların arasında qəhrəmanların olduğunu nəzərə alaraq, təklif etmək istərdik ki, bizə səfərbərlik və digər çağırışla bağlı möhlət verilsin”, deyə o, qeyd edib.
O, söz verib ki, altı aydan sonra respublikadan səfərbər olunanlar təlim mərkəzlərində hazırlanıb cəbhəyə göndəriləcək.

"Rusiya Federasiyasının təsis qurumlarının məlumatına əsasən, Çeçenistan kimi Dağıstan da səfərbərlik planını yerinə yetirib", - Dağıstan müftisinin xanımı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO