Paşinyan yenə Rusiyadan şikayət etdi: “Bizə silah vermir”

Paşinyan yenə Rusiyadan şikayət etdi: “Bizə silah vermir”

Hazırda oxunan: Paşinyan yenə Rusiyadan şikayət etdi: “Bizə silah vermir”

96422

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında yenə Rusiyadan şikayət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

“Biz silahlı qüvvələrdə genişmiqyaslı islahatlar prosesinə başlamışıq. Ancaq Azərbaycan çalışır ki, Ermənistanın bu islahatlar aparmaq imkanı olmasın”, deyə o, qeyd edib.
Paşinyan Azərbaycanın Rusiya ilə qurduğu münasibətlərin uğurlu olduğunu da etiraf edib:

“Təəssüf ki, bu, belədir. Rəsmi Bakı cəhd edir ki, Ermənistana silah və sursat verilməsin. Biz yüz milyonlarla dollar ödəmişik, lakin müttəfiqlər də (Rusiya nəzərdə tutulur) daxil olmaqla çatdırılma öhdəlikləri yerinə yetirilməyib. Bu haqda əlimizdə faktlarımız var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO