Baş nazirin keçmiş müavini Armen Qevokyan müharibə zamanı Ermənistan hakimiyyətinin etdiyi səhvlərdən danışıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə yerli nəşrlərin birində çap etdirdiyi məqaləsində söz açıb.
MÖVZU İLƏ BAĞLI:
Erməni deputatdan Paşinyana müraciət – Çıx get, Paşinyan!
Onun fikrincə, Paşinyanın 3 il hakimiyyətdə olduğu dövrdə etdiyi səhvləri erməniləri müharibədən məğlub ayırdı.
Baş nazirin ilk səhvi Qarabağ məsələsində “sürətli və dinc həll yolu”nu seçməməsi oldu. Baş nazir bu qərara Qərbin Ermənistanı maliyyələşdirməyəcəyi məlum olandan sonra gəlib.
Müharibə ritorikası dolu çıxışlar isə Ermənistana qarşı konkret addımları qaçılmaz etdi.
Paşinyan və komandası Qarabağ məsələsinin həllini Ermənistan iqtisadiyyatına sürətli investisiyaların, güclərinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin qarantı kimi gördülər.
Eyni zamanda Paşinyan və komandası danışıqların detallarını ictimaiyyətdən gizlətdi, barışıq üçün ictimai rəy hazırlamadı.
Bundan başqa Gevorgyan, Paşinyanın üçüncü səhvini iki strateji tərəfdaş məsələsində düzgün seçim edə bilməməsini düşünür. Çox vaxt Paşinyan-Əliyev görüşləri Rusiyada baş tutmurdu. Paşinyan ən yaxın qonşuları ilə Qərbin bəzi ani vədlərinə görə illərdir qurulan münasibətləri dağıtmağa çalışırdı.
O, hesab edir ki, Qərbin əsas məqsədi Rusiyanın gücünü Ermənistanda zəiflətmək idi.
Müəllifin məqaləsində Moskvadakı son danışıqlar açıq şəkildə göstərdi ki, Ermənistan bir çox məsələlərdə gecikib.
Uzunmüddətli sülh və təhlükəsizlik şüarı altında Ermənistan sülhə məcbur edildi. Regional enerji layihələrinə isə daha güclü mövqedən başlamaq olardı. İndi Ermənistan bütün masalarda “cəzalı uşaq” kimi otuzdurulacaq.
Vüsalə Balayeva, Bizim.Media