“Mən ABŞ və ya Fransanın təhlükəsizliyimizə görə məsuliyyəti öz üzərinə götürə biləcəyi ehtimalını görmürəm, bunun perspektivi sadəcə olaraq görünmür”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan mətbuat konfransında deyib.
O, qeyd edib ki, ABŞ və Fransanın bəyanatlarını, eləcə də Nensi Pelosinin Ermənistana səfərini müsbət qiymətləndirir.
“Mən bizə kömək edən bütün addımları müsbət hesab edirəm. Amma istəyirəm ki, realist olaq. Biz bu vəziyyəti düzgün dəyərləndirməliyik və bir çətinlikdən digərinə düşməməliyik”, - Köçəryan bildirib.
Onun sözlərinə görə, Rusiyanın vəziyyətə təsir etmək üçün real imkanları var, lakin indi Ukrayna müharibəsi onu “buxovlayıb”.
“Bizim məğlubiyyətimizə görə Rusiyanın rolu da azalıb. Bu gün Rusiya Azərbaycanla oxşar münasibətlər qurmağa çalışır. Lavrovun Bakıdakı açıqlamalarını diqqətlə oxusanız, görərsiniz ki, onlar Cənubi Qafqaz siyasətində Azərbaycana hansı yer ayırırlar. Elə isə başlayaq Rusiyanı günahlandırmağa. Niyə öz milli maraqlarından çıxış edərək addımlar atır?”, - Köçəryan bildirib.
Onun fikrincə, erməni cəmiyyətini Rusiyaya qarşı qızışdırmaq Ermənistana ziyan vuracaq.
“Bəli, vəziyyət dəyişə bilər, biz daha fəal şəkildə Rusiyanı inandırmalıyıq ki, Ermənistan bu regionda hələ də nəyisə təmsil edə bilər. Belə siyasətlə Moskvanı itirə bilərik. Bu istiqamətdə heç bir iş görülmür. Biz heç nə etmirik, sonra da deyirik ki, Rusiya niyə Azərbaycanla daha fəal əlaqələr qurur”, - deyə Köçəryan yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
16:17 / 28.09.2022
Köçəryan: “Belə siyasətlə Moskvanı itirə bilərik”
Hazırda oxunan: Köçəryan: “Belə siyasətlə Moskvanı itirə bilərik”
Hazırda oxunan: Köçəryan: “Belə siyasətlə Moskvanı itirə bilərik”
96299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.