Türkiyə yeni dəniz patrul təyyarəsini istifadəyə verib - FOTO

Türkiyə yeni dəniz patrul təyyarəsini istifadəyə verib - FOTO

Hazırda oxunan: Türkiyə yeni dəniz patrul təyyarəsini istifadəyə verib - FOTO

9536

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Yaşar Gülərin müşayiəti ilə ilk R-72 dəniz patrul təyyarəsi ilə tanış olub.

Türkiyənin Hərbi-Dəniz Qüvvələrinin inventarına ötən ay daxil edilmiş təyyarə ilk uçuşunu edib.

Nazir qeyd edib ki, R-72-də uçan şəxsi heyət əhəmiyyətli tapşırıqları yerinə yetirəcək.

"Təyyarənin yerinə yetirəcəyi tapşırıqlar gələcəkdə vətənimiz və xalqımız, onların təhlükəsizliyinin təminatı üçün əhəmiyyətlidir. Biz Silahlıl Qüvvələri ən müasir texnologiyalarla təmin etməyə davam edəcəyik", - Akar deyib.

R-72 hərbi dəniz patrul təyyarəsi MELTEM-3 layihəsi çərçivəsində hazırlanıb.

Təyyarəyə müasirləşdirilmiş radiolokasiya sistemi, radio elektron mübarizəsi vasitələri, sualtı siqnalın emalı, Link 11 və Link 16 məlumat mübadiləsinin hərbi-taktiki şəbəkələri, həmçinin MK46 və MK54 torpedolarının işə salınması kimi ən əhəmiyyətli sistemlər quraşdırılıb.

P-72 təyyarələri bu sistemlərin sayəsində sualtı gəmilərin məhv edilməsi, suüstü müdafiə, müşahidə və kəşfiyyat, radiolokasiya, axtarış və xilasetmə kimi əhəmiyyətli tapşırıqları yerinə yetirəcəklər.

P-72 P-235 təyyarələrindən fərqli olaraq, daha uzun müddət ərzində uçuş imkanına malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO