Zelenskidən Ərdoğana TƏŞƏKKÜR - \

Zelenskidən Ərdoğana TƏŞƏKKÜR - \"Komandirlərimiz Türkiyədə rahat yaşayacaq\"

Hazırda oxunan: Zelenskidən Ərdoğana TƏŞƏKKÜR - \"Komandirlərimiz Türkiyədə rahat yaşayacaq\"

95188

Ukrayna Prezidenti Vladimir Zelenski Azovstal və Mariupolun müdafiəsi zamanı əsir götürülən hərbçilərin azad olunmasında etdiyi vasitəçiliyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski “Twitter“də bildirib.

“Biz 215 nəfəri rus əsirliyindən geri qaytardıq: Onların 188-i Azovstal və Mariupolun müdafiəçiləridir ki, onların da 108-i "Azov" batalyonunun döyüşçüsü, milli qvardiya, dəniz piyadaları, sərhədçilər, polislər, ərazi müdafiəsi və təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. İndi onlar təhlükəsizdirlər. Biz hamını xatırlayırıq və onları xilas etməyə çalışırıq.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Rusiyanın AES-i bombaladığı anların görüntülərini yaydı - VİDEO


Ərdoğanla əldə etdiyimiz razılaşmalara görə, azad edilən “Azov”un 5 komandiri müharibənin sonuna qədər Türkiyədə rahat şəraitdə yaşayacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Prezident Ərdoğana insanlarımızın azad edilməsində öncül roluna görə ürəkdən təşəkkür edirəm”, - Ukrayna lideri vurğulayıb.

Zelenski qeyd edib ki, hərbi əsirlərin mübadiləsi zamanı Ukrayna hərbçilərinin sırasında döyüşən 10 əcnəbi vətəndaş da Rusiya əsirliyindən azad edilib. Onların 5-i Britaniya, 2-si ABŞ, 1-i Mərakeş, 1-i İsveç və 1-i Xorvatiya vətəndaşıdır. “Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə onlar vətənə qayıdacaqlar. Mən bunda əməyi olan hər kəsə həqiqətən minnətdaram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO