Türkiyə koronavirus vaksinlərinin növbəti hissəsini alır

Türkiyə koronavirus vaksinlərinin növbəti hissəsini alır

Hazırda oxunan: Türkiyə koronavirus vaksinlərinin növbəti hissəsini alır

9518

Bizim.Media Türkiyə mətbuatına istinadən məlumat verir ki, bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci hissəsinin çatdırılması həyata keçiriləcək.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün tvitterdəki rəsmi hesabında məlumat verib.

 

MÖVZU İLƏ BAĞLI:

Rusiya vaksini Türkiyədə istehsal ediləcək


"10 milyon doza olacağı nəzərdə tutulan vaksinlərin ilk hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşamı gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq həyata keçiriləcək ki, vaksinləmə proqramı fasiləsiz həyata keçirilsin", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Türkiyəyə Çin istehsalı vaksinlərin növbəti tədarük çərçivəsində 10 milyon doza peyvəndin çatdırılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO