Paşinyan “Qarabağ klanı”nı oyundan çıxarır və YENİ MÜXALİFƏT yaradır

Paşinyan “Qarabağ klanı”nı oyundan çıxarır və YENİ MÜXALİFƏT yaradır

Hazırda oxunan: Paşinyan “Qarabağ klanı”nı oyundan çıxarır və YENİ MÜXALİFƏT yaradır

94999

Ermənistan baş naziri Nikol Paşinyan dünən parlamentdən kənar müxalifət təmsilçilərilə görüşüb. 

Görüşdə “Respublika” partiyasının lideri Aram Sarkisyan, Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Ermənistan Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyan, “Vahid Vətən” partiyasının lideri Mher Terteryan, “Hnçakyan” Sosial-Demokrat Partiyasının rəhbəri Sedrak Açemyan, “Vətən gücü” partiyasının lideri Tiqran Arzakantsyan iştirak edib.

Məsləhətləşmələr zamanı hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilməyib. 

Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirir ki, Paşinyanın parlamentdə təmsil olunmayan müxalifətlə görüşündə məqsəd müxalifəti parçalamaq və onun bir hissəsini öz tərəfinə çəkməkdən ibarətdir.

Görüşdə də böyük ehtimalla əsasən bu istiqamətdə müzakirələr aparılıb: 

“Pelosinin İrəvana səfərindən sonra Ermənistanda vəziyyət bir qədər dəyişib. Onun səfərinə qədər müxalifət partiyalarının əksəriyyəti Paşinyana qarşı çıxırdı. Amma Pelosinin səfəri vəziyyəti tamamlə dəyişdi. Nəticədə Paşinyan müxalifətin bir qədər geri çəkilməsilə müəyyən mənada reabilitasiya aldı.

Bu fonda Paşinyanın vəziyyəti bir qədər də möhkəmləndi. Vəziyyətdən yararlanan Paşinyan qatı radikal müxalifətin əlindəki son rıçaqları almaq üçün parlamentdən kənar müxalifətlə görüşmək qərarına gəlir. Bu yolla da Paşinyan müxalifətin təzyiq rıçaqlarını zəiflədir. Bir sözlə, Pelosinin gəlişi fonunda yaranmış vəziyyətdən istifadə edərək, Paşinyan belə bir görüşü təşkil etməklə müxalifəti parçalayır”.
Bəzi ekspertlərin fikrincə isə Paşinyan Qarabağdan Ermənistana sığınaraq orada kök tutmuş bütün qüvvələri təmizləmək fikrindədir.

Onsuz da irəvanlılar Qrabağdan olan adi ermənilərə də “dönmə” deyirlər və onları özlərindən saymırlar (bu məsələdə həqiqət payı da var).

Ermənistanın müstəqillik tarixində isə “Qarabağ klanı” gərgin vəziyyətlərin əsas müəllifi və bütün qarmaqarışıqların icraçıları kimi tanınır. Ona görə Paşinyanın bu siyasi gedişi Qarabağ adı olan hər şeydən bir dəfəlik üzülüşmək cəhdi kimi də dəyərləndirilir.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO