Zaxarova erməni jurnalisti yerinə oturtdu - VİDEO

Zaxarova erməni jurnalisti yerinə oturtdu - VİDEO

Hazırda oxunan: Zaxarova erməni jurnalisti yerinə oturtdu - VİDEO

94005

Rusiya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı erməni jurnalistin Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı təxribat xarakterli sualına sərt reaksiya verib. 

Bizim.Media xəbər verir ki, erməni təbliğatçının monoloqunu dinləyən M.Zaxarova deyib ki, brifinq jurnalistlərin deyil, XİN-in rəsmi nümayəndəsinin brifinqidir. 

"Ona görə, xahiş edirik ki, mövqe ifadə edən materiallar səsləndirməyib, sual verəsiniz", - deyə o bildirib. 
Bundan sonra ikinci sualını səsləndirən erməni jurnalist təxribatçı anti-Azərbaycan ritorikasını davam etdirib. Bu dəfə Rusiya XİN nümayəndəsi onu axıradək dinləməyib. 

"Yəqin ki, mən sözümü dəqiq demədim. Mən sizdən xahiş etdim ki, bəyanat yox, sual verəsiniz. Mən hər şeyi gözəl başa düşürən, sizə hörmətlə yanaşıram. Amma yenə də ümid edirəm ki, mənim xahişimi eşidəcəksiniz. Xahiş edirəm, sual verin", - deyərək M.Zaxarova brifinqdə anti-Azərbaycan təxribatının qarşısını alıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO