Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını PİSLƏDİ

Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını PİSLƏDİ

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını PİSLƏDİ

93657

Türk Dövlətləri Təşkilatının baş katibi baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Təşkilatın yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, TDT beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyir və Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır.
 

MÖVZU İLƏ BAĞLI:

Sərhəddəki gərginliklə bağlı KTMT-nin iclası keçirilir


“TDT-na üzv dövləti Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olunan davam edən razılaşmalara əməl etməyə çağırır. Katiblik həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”, - deyə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO