“Belə şəraitdə heç bir sülhdən söhbət gedə bilməz” – Rusiyalı politoloqlar Peskovun fikirlərini ŞƏRH ETDİLƏR 

“Belə şəraitdə heç bir sülhdən söhbət gedə bilməz” – Rusiyalı politoloqlar Peskovun fikirlərini ŞƏRH ETDİLƏR 

Hazırda oxunan: “Belə şəraitdə heç bir sülhdən söhbət gedə bilməz” – Rusiyalı politoloqlar Peskovun fikirlərini ŞƏRH ETDİLƏR 

93417

Son günlərdə Ukrayna ordusunun irəliləməsindən sonra bir çox insanlarda müharibənin müqəddəratının Ukraynanın xeyrinə həll olunacağı ilə bağlı fikirlər formalaşmağa başladı.
Kremlin mətbuat katibi Dmitri Peskovun sülhlə bağlı açıqlaması isə bu fikirlərin təsdiqi kimi qəbul olundu.

Rusiyalı politoloqlar Bizim.Media-ya verdikləri açıqlamalarda isə belə bir hadisənin baş verəcəyini tamailə inkar etdilər.

Politoloq İqor Koretçenko Peskovun sülh çağırışlarını belə dəyərləndirib:

“Peskov sülhdən danışmaqla demək istəyib ki, Rusiyaya qələbə lazımdır. Əgər Zelenski Rusiya ilə sülh müqaviləsi imzalayacaqsa, bu zaman o kapitulyasiya aktına imza atmış sayılacaq”

Politoloq Yevgeni Mixaylov isə düşünür ki, Zelenski bu şərtlərlə sülh müqaviləsini imzalamaqdan imtina edəcək:

“Dmitri Peskov həmişə çox diplomatik mövqe ortaya qoyub və o, heç vaxt boş danışmayıb. Sülhlə bağlı son açıqlaması ilə Peskov təsdiqlədi ki, Moskva danışıqlara hazırdır və  başqa heç nədən söhbət gedə bilməz. Onun bu açıqlaması sadəcə olaraq Rusiya rəhbərliyinin ifadə etdiyi mövqedir və danışıqlar zamanı masadakı şərtləri Rusiyanın diktə etdiyini göstərir.
Üstəlik, Vladimir Zelenski Ukraynanın heç bir danışıqlara hazır olmadığını bildirib. Onun ətrafı isə ümumilikdə ölkə rəhbərliyini təhqir etməklə, Ukraynanın Qərblə birlikdə ölkəmin tam məğlubiyyəti ilə kifayətləndiyini danlamaqla məşğuldur.

Daha sərt desək, indi heç bir sülhdən söhbət gedə bilməz.

Rusiya, Ukrayna rejiminin tam demilitarizasiyası və denazifikasiyası və NATO blokuna qoşulmaqdan imtina şərtlərini irəli sürüb. Beləliklə, biz sülhə hazırıq, ancaq öz şərtlərimizlə. Çox güman ki, Vladimir Zelenski bunu qəbul etməyəcək”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO