Ermənistanda zəlzələ yerli əhalini panikaya saldı

Ermənistanda zəlzələ yerli əhalini panikaya saldı

Hazırda oxunan: Ermənistanda zəlzələ yerli əhalini panikaya saldı

9251

Yanvarın 21-dən 22-nə keçən gecə Ermənistanda zəlzələ baş verib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, yeraltı təkanlar Rixter cədvəli ilə 5 bal gücündə hiss olunub. 

Zəlzələ Ermənistanın  Vayk və Yeghegnadzor şəhərlərində və Sünikin bir neçə yaşayış məntəqəsində silkələnmələr yaradıb. 

Yerli əhali yaranmış vəziyyətdən panikaya düşüblər. Gecənin soyuğunda bəzi sakinlər “müharibə yenidən başladı” deyib, evlərini tərk edib qaçmaq istəyiblər.

Sünikdəki icma rəhbərlərinin verdiyi məlumata görə, əhali aylardır gecələri normal yatmır, hər an türklərin (azərbaycanlıların) gələcəyi qorxusu ilə yaşayırlar.

Zəlzələ baş verən zaman yaranan panika da bu qorxunun davamıdır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO