Paşinyan: “Qarabağla bağlı gərgin danışıq aparırıq”

Paşinyan: “Qarabağla bağlı gərgin danışıq aparırıq”

Hazırda oxunan: Paşinyan: “Qarabağla bağlı gərgin danışıq aparırıq”

92502

“İrəvanla Bakı arasında Qarabağla bağlı gərgin danışıq gedir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı səsləndirib. 

"Biz Rusiyanın təkcə Ermənistanın strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın çox yaxın tərəfdaşı kimi dəstəyinə ümid edirik. Bu, həm də Azərbaycan üçün imkanlar açır", - deyə Paşinyan bildirib.

O, əlavə edib ki, Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

"Biz artıq Türkiyə ilə müzakirələrə başlamışıq. Rəsmi Ankara ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik", - deyə Paşinyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO