Türkiyədə silahlı insident - Azərbaycanlı öldürülüb 

Türkiyədə silahlı insident - Azərbaycanlı öldürülüb 

Hazırda oxunan: Türkiyədə silahlı insident - Azərbaycanlı öldürülüb 

91839

İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb.

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.

Qafqazinfo.az-ın məlumatına görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Onun kriminal aləmə yaxın şəxs olduğu deyilir. C.Beyləqanlının Yadigar adlı azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir.
Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO