Paşinyan nədən qorxuya düşüb? – Brüsseldə onu 10 DTX əməkdaşı qoruyub

Paşinyan nədən qorxuya düşüb? – Brüsseldə onu 10 DTX əməkdaşı qoruyub

Hazırda oxunan: Paşinyan nədən qorxuya düşüb? – Brüsseldə onu 10 DTX əməkdaşı qoruyub

91502

Dünən Nikol Paşinyan Brüsseldə Şarlz Mişel və İlham Əliyevlə növbəti görüşə gedib. Adətən baş naziri belə görüşlərdə digər rəsmiləri nəzərə almasaq, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 3-4 əməkdaşı müşayiət edir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak.am” saytı yayıb.

Mənbə qeyd edir ki, bu dəfə Paşinyanı DTX-nin 10 əməkdaşı qoruyub.

“Görəsən, böyük bir heyətin Brüsselə aparılmasının səbəbi nə ilə bağlı ola bilər? Yəqin o, xaricdə öldürüləcəyindən qorxuya düşüb. Ya da Brüsselin erməni icmasının təşkil edəcəyi etiraz aksiyalarından çəkinib və təhlükəsizliyi gücləndirmək qərarına gəlib.
Məlumdur ki, bu əməkdaşların hamısı gündəlik yüksək müavinət alır, bahalı otellərdə yaşayır və bütün bunlar dövlət büdcəsinin hesabına həyata keçirilir”, deyə nəşr yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO