Paşinyan bu dəfə İlham Əliyevin tələblərini qeyd-şərtsiz qəbul edəcək – ERMƏNİ MƏTBUATI

Paşinyan bu dəfə İlham Əliyevin tələblərini qeyd-şərtsiz qəbul edəcək – ERMƏNİ MƏTBUATI

Hazırda oxunan: Paşinyan bu dəfə İlham Əliyevin tələblərini qeyd-şərtsiz qəbul edəcək – ERMƏNİ MƏTBUATI

91275

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın bugünkü görüşü Bakı ilə İrəvan arasında dialoqda, xüsusən də sülh müqaviləsinin imzalanmasına hazırlıqla bağlı irəliləyiş vəd edir. 

Bizim.Media xəbər verir ki, bu arada rusiyalı ekspertlər rəsmi şəxslərin görüşünün Moskvadan Brüsselə dəyişdirilməsini təşvişlə müzakirə edirlər, erməni revanşist mediası isə açıq-aşkar qəm içindədir.

Onlara elə gəlir ki, Paşinyan bu dəfə İlham Əliyevin tələblərini qeyd-şərtsiz qəbul edəcək.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda Brüsseldə bugünkü danışıqların əsas mövzusunu açıqlayıb. 

“Ümid edirik ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması üçün işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olunacaq. Amma biz bu proseslə bağlı Ermənistan tərəfdən tərəddüd görürük”, - deyə Hacıyev Bakının əsas gözləntilərini dilə gətirib.

Eyni zamanda o, ATƏT-in Minsk Qrupunun keçmişdə qaldığı üçün Qarabağın artıq Azərbaycanın xarici siyasətində yer almadığını vurğulayıb.

“Bu məsələ bizim üçün artıq bağlıdır, indi biz sivil münasibətlər qurmaq istəyirik”, - deyə Hikmət Hacıyev yekunlaşdırıb. 

Erməni revanşist KİV-ləri isə təklif edirlər ki, əgər Azərbaycan tərəfi qarşıdan gələn görüşün konkret gündəliyini açıqlayırsa, Ermənistan tərəfi bunu bildirmirsə, deməli  İlham Əliyev nə istədiyini dəqiq bilir, Paşinyan isə “heç nə istəmir”, yeni "məğlubiyyət sürprizi" hazırlayır. Ermənistan mətbuatının yazdığına görə, görüşün  Moskvadan Brüsselə dəyişdirilməsi Kremlin əsas sülhməramlı mövqeyini açıq-aşkar itirməsindən xəbər verir.
Xatırladaq ki, İlham Əliyevin Nikol Paşinyanla görüşü bu gün günorta saatlarında baş tutacaq. Görüşdən sonra liderlərin mətbuata açıqlaması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO