Türkiyəli yazardan SƏHV -

Türkiyəli yazardan SƏHV - "Qarabağ" Ermənistan komandası deyilmi?” - VİDEO 

Hazırda oxunan: Türkiyəli yazardan SƏHV - "Qarabağ" Ermənistan komandası deyilmi?” - VİDEO 

90543

Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib. 

Bizim.Media xəbər verir ki, o “Fənərbağça"nın qrup mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, "Qarabağ" Ermənistan komandası deyilmi" söyləyərək, yanlışlığa yol verib. 

Verilişin digər iştirakçısı Hüseyin Özkek onun səhvini düzəldib. Bilgiç proqramın gedişində Niderlandın PSV komandasını da aşağılayıb. O, Eyndhoven təmsilçisinə "PSV-MSV" deyib. 

Bundan əlavə, verilişin gedişində Bilgiçin 2024-cü ildən qüvvəyə minəcək Çempionlar Liqasının yeni formatından xəbərsiz olması üzə çıxıb. Həmkarı Hüseyin Özkek bu barədə onu məlumatlandırıb.
Bilgiçin bu davranışı sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO