Xankəndidəki partlayışla bağlı SON XƏBƏR

Xankəndidəki partlayışla bağlı SON XƏBƏR

Hazırda oxunan: Xankəndidəki partlayışla bağlı SON XƏBƏR

90416

Erməni bloger, jurnalist Roman Bağdsaryan bu gün Xankəndidə baş verən partlayışların səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Bağdasaryanın sözlərinə görə, partlayış oğurlanmış silah və sursat anbarında qeydə alınıb.

"Xankəndidə partlayışlar davam edir!!! Bir il əvvəl həmin yerdə yenə partlayışlar olmuşdu, sonra Ermənistan Təhlükəsizlik Xidməti həqiqəti xalqdan gizlətdi. Bir il əvvəl Qarabağ klanının nümayəndələri burada əl qumbalarını və hər cür oğurlanmış silahları gizli saxlayırdılar.
Görünür, qumbaraların bir hissəsi yenə də qalıb.Dərzi sexi gizli silah saxlamaq yeridir? Bəlkə yalan danışmağı dayandıraq? Bu gün partlayış olan yer elə həmin ərazidir.

Burada Qarabağın məmurları və generalları sənədsiz silahlarını gizlədiblər. Anbar indi siqaretə görə partlayıb.

Videonu mənə hərbidən qovulan ermənistanlı çağırışçılar göndərib. Onlara təşəkkür edirəm.Qoy Qarabağ erməniləri həqiqəti bizdən öyrənsinlər!”, – bloger teleqram kanalında yazıb.

Qeyd edək ki, bu gün Xankəndində binalardan birində baş verən yanğından sonra partlayış baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO