İranda polis hicab yoxlamaq üçün çimərliklərə ÜZ TUTDU – VİDEO  

İranda polis hicab yoxlamaq üçün çimərliklərə ÜZ TUTDU – VİDEO  

Hazırda oxunan: İranda polis hicab yoxlamaq üçün çimərliklərə ÜZ TUTDU – VİDEO  

89943

İranda əxlaq polisi qadın və qızların hicabını yoxlamaq üçün bu dəfə çimərliklərə üz tutub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Azad İran telqram kanalında yayılıb.

Bildirilir ki, avqustun 22-də Bəndər Ənzəli şəhərində vətəndaşlardan biri video çəkərək, çoxlu sayda polis patrul qüvvələrinin çimərliyə gələrək "pis hicablı" qadınları həbs etməyə çalışıb.

Qeyd edək ki, son aylarda İran hökumətinin tələb etdiyi hicaba riayət etməyən qadınları həbs etmək üçün İranın hər bir yerində “Əxlaq polisi” adlı patrul qüvvələrinin sayı çoxalıb.

Məcburi hicaba qarşı olan bir sıra ictimai fəallar da həbs edilib, təhlükəsizlik ittihamları ilə üzləşiblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO