Rusiyalı politoloq və filosof Aleksandr Duqin qızı Daryanın öldürülməsinə ilk dəfə münasibət bildirib.
Bizim.Media “Washington Post”a istinadən xəbər verir ki, Duqinin münasibətinin mətnini onun xahişi ilə milyarder Konstantin Malofeyev dərc edib.
O, qızı Darya Duqinin gözünün qarşısında partlayış nəticəsində vəhşicəsinə öldürüldüyünü bildirib.
MÖVZU İLƏ BAĞLI:
Darya Duqinanın avtomobilinə 350 qram trotil qoyulub
"O, gözəl pravoslav qızı, vətənpərvər, hərbi müxbir, mərkəzi kanalların eksperti, filosof idi. Onun çıxışları və reportajları həmişə dərin, əsaslı və təmkinli idi. O, zorakılığa və müharibəyə çağırmazdı” – deyə Duqin qeyd edib.
Bizim.Media