Rusiya ilə müharibədə 9 minə yaxın ukraynalı həlak olub – RƏSMİ KİYEV

Rusiya ilə müharibədə 9 minə yaxın ukraynalı həlak olub – RƏSMİ KİYEV

Hazırda oxunan: Rusiya ilə müharibədə 9 minə yaxın ukraynalı həlak olub – RƏSMİ KİYEV

89847

“Rusiya ilə müharibədə təxminən 9 min ukraynalı həlak olub”.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində yayıb.

“Bu müharibədə nəinki hərbçilər, nəinki əlinə silah götürənlər, hətta o vaxt burada doğulduğundan başqa heç nədə günahı olmayan balaca övladlarımız da iştirak edir.

Onlar həqiqətən nə baş verdiyini başa düşmürlər, amma mütləq həm Soledar, həm də Baxmut, Velikoy Novoselka yaxınlığında qorunmağa ehtiyac duyurlar, çünki ataları cəbhəyə gedib. Bəlkə də ölən doqquz minə yaxın qəhrəmandan biridir”, deyə Zalujnı vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski cəbhədə hər gün 60-100 nəfərin öldüyünü, daha 500-ə yaxın insanın yaralandığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO