Rəsmi Moskva İrəvanı növbəti dəfə yerində oturtdu – LAÇINLA BAĞLI… 

Rəsmi Moskva İrəvanı növbəti dəfə yerində oturtdu – LAÇINLA BAĞLI… 

Hazırda oxunan: Rəsmi Moskva İrəvanı növbəti dəfə yerində oturtdu – LAÇINLA BAĞLI… 

89798

Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və İctimaiyyətlə Əlaqələr Daimi Komitəsinin sədri, deputat Taquhi Tovmasyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktub göndərib.

Məktubda əsasən Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı yaranan situasiyaya toxunulub.

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, Rusiya səfirliyi deputatın məktubuna cavab verib.
 

MÖVZU İLƏ BAĞLI:

Kremldən Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA


Səfirlik xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin 6-cı bəndinə əsasən, Qarabağla Ermənistan arasındakı yeni marşrut xəttinin tikintisi 3 il ərzində həyata keçirilməli və yeni yol rus sülhməramlıları tərəfindən qorunmalıdır:

“Bunun üçün biz Azərbaycan və Ermənistan tərəfləri ilə həm ən yüksək səviyyədə, həm də Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər idarələr səviyyəsində daimi dialoq aparırıq”.

Diplomatik qurum qeyd edib ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında və Ermənistan-Azərbaycan sərhədində vəziyyət Rusiyanın xarici siyasətində mühüm məsələdir.

Səfirlik Rusiya Xarici İşlər Nazirliyinin avqustun 4-də Qarabağ münaqişəsi zonasında eskalasiya ilə bağlı hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağıran bəyanatına diqqət çəkib:

“Rusiya sülhməramlıları bölgədə vəziyyəti sabitləşdirmək üçün səylər göstərir. Həm Bakıda, həm də İrəvanda Rusiya sülhməramlı kontingentinin mühüm rolu dəfələrlə vurğulanıb”.
Xatırladaq ki, avqustun 25-dək Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO