Ermənistanın yeni səhiyyə naziri bu qadın ola bilər

Ermənistanın yeni səhiyyə naziri bu qadın ola bilər

Hazırda oxunan: Ermənistanın yeni səhiyyə naziri bu qadın ola bilər

8875

Prezident Armen Sarkisyan baş nazir Nikol Paşinyandan səhiyyə naziri vəzifəsinə qurumun rəhbərinin müavini Anait Avanesyanın təyin edilməsi təklifini alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” nəşrinə prezidentin köməkçisi Asmik Petrosyan bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə naziri istefa verdi


"Təklif alınıb, amma hələlik imzalanmayıb", - deyə o bildirib.

Bu gün Arsen Torosyanın səhiyyə naziri vəzifəsindən getdiyi məlum olub.

Torosyanın tezliklə istefaya gedəcəyi haqda şayiələr artıq bir neçə gündür ki, Ermənistan KİV-də yayılıb. Bununla belə, Səhiyyə Nazirliyində bu məlumatı dəfələrlə təkzib ediblər.

KİV-lər Torosyanın Eduard Ağacanyanın yerinə hökumət aparatının rəhbəri təyin olunacağı barədə də məlumat veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO