Ermənistanda hərbi və mülki obyektlərə bomba qoyulub? - ƏHALİ TƏXLİYƏ EDİLİR

Ermənistanda hərbi və mülki obyektlərə bomba qoyulub? - ƏHALİ TƏXLİYƏ EDİLİR

Hazırda oxunan: Ermənistanda hərbi və mülki obyektlərə bomba qoyulub? - ƏHALİ TƏXLİYƏ EDİLİR

88524

Ermənistanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi bütün mühüm hərbi və mülki obyektlərə bomba qoyulması ilə bağlı daxil olan məlumatı yoxlayır.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Metronun bütün stansiyalarında, bütün mühüm hərbi və mülki obyektlərdə, bütün ticarət mərkəzlərində, zooparkda partlayıcı qurğuların quraşdırıldığı barədə məlumat daxil olub. İnsanlar adları çəkilən ərazilərdən təxliyə edilir", - məlumatda deyilir.

Qurumdan bildirilib ki, hadisə yerinə təcili xidmətlər göndərilib. İrəvanın mərkəzinə yaxın yerdə yerləşən Surmalu bazarında baş verən partlayışdan sonra 1 nəfər ölüb, 51 nəfər yaralanıb.

Yaralılar arasında 12 uşaq da var. Onlardan biri reanimasiyadadır, qalan şəxslərin hamısı evə buraxılıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bir müddət əvvəl bildirib ki, pirotexniki vasitələr yenə də partlayır, ona görə də pavilyonların uçması təhlükəsi var:

“Xilasedicilər və yanğınsöndürənlər gücləndirilmiş iş rejimində işləyirlər. Eyni zamanda partlayış nəticəsində bazarda tikililər dağılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO