İran-Ermənistan sərhədində GƏRGİNLİK

İran-Ermənistan sərhədində GƏRGİNLİK

Hazırda oxunan: İran-Ermənistan sərhədində GƏRGİNLİK

87688

“Son vaxtlar Ermənistan və İran sərhədində gərgin əməliyyat şəraiti yaranıb, buna görə ərazidə çox sayda postlar yaradılıb”.

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistanın İctimai Kanalına Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsi tərəfindən məlumat verilib.

Son zamanlar Ermənistan-İran dövlət sərhədində gərgin əməliyyat şəraiti yaranıb ki, bu da narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz keçirilməsi cəhdlərinin artması ilə əlaqədardır.
Bundan başqa, ekstremist və terror təşkilatlarının ünsürləri tərəfindən dövlət sərhədlərinin pozulması halları qeydə alınıb”,-deyə məlumatda bildirilir.  

Məlumatda deyildiyi kimi, təkcə 2021-ci ildə Mehridə erməni sərhəd qüvvələrinin yerləşdiyi ərazidə Rusiya sərhədçiləri qanunsuz olaraq İrandan iki yaraqlı şəxsi silah, qumbara və külli miqdarda sursatla saxlayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO