“İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə liderindən 10 noyabr bəyanatıyla bağlı AÇIQLAMA
“Əvvəla, azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, - dövlət başçısı vurğulayıb.
Bizim.Media