Paşinyanla görüşən hərbçilərin valideynləri narazı qaldılar

Paşinyanla görüşən hərbçilərin valideynləri narazı qaldılar

Hazırda oxunan: Paşinyanla görüşən hərbçilərin valideynləri narazı qaldılar

8709

Xəbər verdiyimiz kimi, müddətli həqiqi xidmətdə olan hərbçilərin valideynləri bu gün hökumətin binasında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Valideynlərin tələbi uşaqlarının Ermənistan ərazisində xidmət etməsidir. 

Mənbə yazır ki, Paşinyan onları dinləyib və qaldırdıqları suallara cavab vermək üçün bir daha görüşəcəyinə söz verib. Valideynlər isə Baş nazirlə görüşün nəticəsindən razı qalmayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə görüşdən sonra valideynlərdən biri Suren Culakyan bildirib.

"Biz razı deyilik, çünki qaldırdığımız məsələlərin həlli barədə danışmaq hələ tezdir. Daha geniş problemlər ətrafında danışdıq və növbəti dəfə nazirlər kabinetinin rəhbəri ilə görüş zamanı bu barədə daha ətraflı məlumat verə bilərik", - deyə Culakyan qeyd edib.

Xatırladaq ki, valideynlər tələb edirlər ki, onların uşaqları Ermənistan ərazisində xidmət etsinlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO