“Ermənistan bu gün də Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri hökumətin bugünkü iclasında Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
Paşinyanın sözlərinə görə, Ermənistan qanunvericiliyinin verdiyi imkanlardan məhz Bakı istifadə etmir:
“Biz bu gün deyirik: Ermənistan qanunvericiliyində nəzərdə tutulan prosedura əsasən, siz Ermənistanın sərhədini keçib Naxçıvana gedə bilərsiniz. Keçən ildən bizim gömrük-sərhəd nəzarəti ilə nəzarət-buraxılış məntəqəmiz fəaliyyət göstərir və Azərbaycana bildirmişik ki, istənilən vaxt Ermənistanın qanunvericiliyində nəzərdə tutulmuş qaydada bu keçid məntəqəsindən keçməklə Naxçıvanla əlaqə yaratmaq mümkündür”.
“Yeni yolların tikintisinə gəlincə, bu, tərəflərin razılığı ilə olmalıdır. Eyni qayda Laçın dəhlizinin yeni marşrutuna da aiddir”, deyə Ermənistanın baş naziri qeyd edib.
Xatırladaq ki, Paşinyan çıxışı zamanı Qarabağ ətrafındakı vəziyyəti “son dərəcə çətin” adlandırıb və qeyd edib ki, Ermənistandan olan hərbçilər Qarabağda xidmət etmir.
Bizim.Media
- A-
- A
- A+
Region
12:30 / 04.08.2022
Paşinyan: “Ermənistan Azərbaycanın qərbi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır”
Hazırda oxunan: Paşinyan: “Ermənistan Azərbaycanın qərbi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır”
Hazırda oxunan: Paşinyan: “Ermənistan Azərbaycanın qərbi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır”
86923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.