“Laçından yan keçən yolun Ermənistana düşən hissəsi yaza qədər hazır olacaq” – ERMƏNİ NAZİR

“Laçından yan keçən yolun Ermənistana düşən hissəsi yaza qədər hazır olacaq” – ERMƏNİ NAZİR

Hazırda oxunan: “Laçından yan keçən yolun Ermənistana düşən hissəsi yaza qədər hazır olacaq” – ERMƏNİ NAZİR

86917

“Biz işə başlamışıq, texnika işləyir, yol çəkilir və gələn ilin yazına kimi tamamlanacaq. Biz işi üç mərhələyə ayırmışıq və fəal şəkildə qururuq”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin bu gün keçirilən iclasından əvvəl Laçın şəhərindən yan keçən alternativ yolun Ermənistana düşən hissəsinin tikintisi ilə bağlı sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Zəngəzur (Sünik) vilayətinin Tex və Kornidzor yaşayış məntəqələrindən keçən M2 avtomobil yolunun tikintisini təsdiqləyib.

Laçın dəhlizindən yan keçən yeni M2 avtomobil yolu Xankəndini Ermənistanla birləşdirəcək, Laçın şəhəri və Zabux kəndindən keçən mövcud yolu əvəz edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO