Mixail Saakaşvili SİYASƏTDƏN GETDİ -

Mixail Saakaşvili SİYASƏTDƏN GETDİ - "Həyatımı xilas edirəm..."

Hazırda oxunan: Mixail Saakaşvili SİYASƏTDƏN GETDİ - "Həyatımı xilas edirəm..."

86266

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili siyasətdən gedəcəyini bildirib.

Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani açıqlama verib.

"Keçmiş prezidentin siyasətdən getməsinin səbəbi həyatını xilas etməkdir. Bunun əsasında bütün suallar aradan qaldırılıb. İndi söhbət onun həyatı və ölümündən gedir, siyasətdən yox!", - deyə V.Gelbaxiani bildirib.

Vəkil vurğulayıb ki, eks-prezident sədri olduğu Vahid Milli Hərəkat Partiyasını da tərk edir.

Qeyd edək ki, M.Saakaşvili səhhəti pisləşdiyi üçün mayın 12-də köçürüldüyü “Vivamed” özəl klinikasında müalicəsini davam etdirir.

Gürcüstanın eks-prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, məhkəmədə 6 il həbs cəzası alıb.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO