Tbilisi meri: “Gürcüstan Rusiya ilə müharibəyə başlasa, ölkəmiz olmayacaq”

Tbilisi meri: “Gürcüstan Rusiya ilə müharibəyə başlasa, ölkəmiz olmayacaq”

Hazırda oxunan: Tbilisi meri: “Gürcüstan Rusiya ilə müharibəyə başlasa, ölkəmiz olmayacaq”

82782

“Gürcüstan Rusiya ilə müharibəyə başlasa, ümumiyyətlə, bir ölkə kimi mövcud olmayacaq”.

Bizim.Media “Novosti-Georgia” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Tbilisi meri Kaxa Kaladze yayıb.

“Birincisi, müharibə başlamayacaq. Gürcüstanda sülh və əmin-amanlıq olacaq. Bu, gürcü xalqının arzusudur. Biz isə hər şeyi edəcəyik ki, xalqın maraqları, ölkəmizin təhlükəsizliyi ön plana çəkilsin. Əgər ölkə müharibəyə başlasa, o zaman nəinki statusumuz, hətta ölkəmiz də olmayacaq”, - mer qeyd edib.

Onun sözlərinə görə, bu zaman çox böyük problem olacaq: 

“Biz bunu Ukraynanın timsalında gördük. 2008-ci ildə isə Gürcüstanda baş verənləri hamı yaxşı xatırlamalıdır - itirilmiş ərazilər, itirilmiş kəndlər, çoxlu insan itkiləri, qaçan hökumət üzvləri, dağıdılmış şəhərlər və s. Müharibə çox ağırdır. Ona görə də biz hər şeyi etməliyik ki, ölkədə əmin-amanlıq olsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO