Sərhəddə vəziyyət gərginləşən kimi Paşinyanla Putin arasında telefon danışığı olub. Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Ermənistan və Rusiya liderləri ikitərəfli əlaqələri, eləcə də regiondakı prosesləri müzakirə ediblər.
Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasından da danışıblar.
Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, eləcə də regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
20:32 / 06.07.2022
Paşinyan təcili Putinə zəng etdi - BU MƏSƏLƏLƏRDƏN DANIŞIBLAR...
Hazırda oxunan: Paşinyan təcili Putinə zəng etdi - BU MƏSƏLƏLƏRDƏN DANIŞIBLAR...
Hazırda oxunan: Paşinyan təcili Putinə zəng etdi - BU MƏSƏLƏLƏRDƏN DANIŞIBLAR...
82654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.