Paşinyanın qardaşı Azərbaycanla sərhəddə istirahət zonası tikir

Paşinyanın qardaşı Azərbaycanla sərhəddə istirahət zonası tikir

Hazırda oxunan: Paşinyanın qardaşı Azərbaycanla sərhəddə istirahət zonası tikir

82370

Ermənistan baş naziri Nikol Paşinyanın qardaşı Artak Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində 0,7 hektar meşə sahəsini icarəyə götürüb və istirahət zonası tikir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Hetq.am saytı yazıb.

“Artak Paşinyan istirahət zonası tikmək üçün meşə sahələrini 20 il müddətinə icarəyə götürüb. O, ərazini tenderdə elan edilən başlanğıc qiymətə alıb.

Kadastr komitəsinin xəritəsinə görə, Artak Paşinyanın icarəyə götürdüyü ərazi Yenokavan kəndinin yaxınlığında yerləşir”, - deyə nəşr qeyd edib.

Xatırladaq ki, İcevan şəhərindən 10 kilometr aralıda olan kənd regionda kommunist partiyasının yaradıcısı Yenok Mkrtumyanın adını daşıyır. Əvvəlki adı Kara Divan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO